Rəisinin TV-dəki çıxışı kəsildi, "Xameneiyə ölüm!" şüarı səsləndi

Rəisinin TV-dəki çıxışı kəsildi, "Xameneiyə ölüm!" şüarı səsləndi
  11 Fevral 2023    Oxunub:1033
İranda Prezident İbrahim Rəisinin inqilaba həsr olunmuş nümayişdə çıxışının dövlət televiziyasında yayımı hakerlər tərəfindən kəsilib.
AzVision.az xəbər verir ki, məlumatı İran KİV-i yayıb.

Bildirilb ki, hakerlər yayıma müdaxilə edərək təxminən bir dəqiqəlik videoçarxı efirə buraxıblar. Həmin videoçarxda maskalı şəxs İran xalqını korrupsioner rejiminin banklarına qoyduğu maliyyə vəsaitləri çıxarmağa çağırıb.

Bundan sonra o, "İslam Respublikasına ölüm!”, “Xameneiyə ölüm!” kimi şüarlar səsləndirib.

İran KİV-də hücumun yalnız internet yayımda baş verdiyi bildirilib.

İranın Sistan-Bəluçistan əyalətində Tehran rejimindən narazı xalq İranda zülm altındakı millətlərin ürək sözlərini şüarla dilə gətirib: “Nə şah, nə dini rəhbər, azadlıq, bərabərlik!”, “Millətlər bərabərdir!".

Qeyd edək ki, fevralın 11-i İranda inqilabın qələbə çaldığı gündür. Rejim həmin hərəkatın 44-cü ildönümünə həsr olunan tədbirlər keçirir. Prezident İbrahim Rəisi və başqa rəsmilər tədbirlərdə çıxış edir.

AzVision.az



Teqlər: İran   Xamneyi   Hakerlər  





Xəbər lenti