“İran hakimiyyətinin Almaniyada yaşayan iranlılara qarşı casusluq halları artıb”
![“İran hakimiyyətinin Almaniyada yaşayan iranlılara qarşı casusluq halları artıb” “İran hakimiyyətinin Almaniyada yaşayan iranlılara qarşı casusluq halları artıb”](https://azvision.az/photos/2023/02/casus-1676114661.jpg)
Ölkənin daxili kəşfiyyat xidməti Almaniya, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsi olan 160 nəfəri müəyyən edib. “İslam İnqilabı Keşikçiləri Korpusunun geniş yayılmış casusluq fəaliyyəti, xüsusən də Almaniyadakı İsrailyönlü hədəflərə qarşı yönəlib”, - deyə qəzet hökumətin bəyanatından sitat gətirib.
Xatırladaq ki, İranda etiraz aksiyaları sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra başlayıb. Rəsmi versiyaya görə, qız baş örtüyünü düzgün taxmadığına görə saxlanılıb. O, dindirilmə zamanı ürəktutmasından dünyasını dəyişib.
AzVision.az
Teqlər: