"Zəlzələnin türkləri diz çökdürəcəyini xəyal edirsinizsə, yanılırsınız" - Erməni analitik

   "Zəlzələnin türkləri diz çökdürəcəyini xəyal edirsinizsə, yanılırsınız" -    Erməni analitik
  11 Fevral 2023    Oxunub:980
Ermənistanın Türkiyəyə xilasedici qrup göndərməsi cəmiyyətin böyük qismi və radikal siyasətçilər tərəfindən sərt şəkildə qarşılanıb. Hətta müxalifəti təmsil edən deputatlar belə məsələni yersiz şəkildə çoxdan başa çatmış Qarabağ müharibəsi ilə əlaqələndirir, İrəvanın başsağlığını böyük səhv adlandırırlar.
Məsələyə başqa konteksdə yanaşıb İrandakı zəlzələyə Türkiyədəki qədər reaksiya verilməməsini də gündəmə daşıyan deputatlar var.

Simonyan: "Türkiyədə 10 min, İranda 3 nəfər öldü"
Bu da azmış kimi xeyli sayda radikal erməniyə rast gəlmək olar ki, onlar sosial şəbəkələrdə 20 mindən çox insanın həyatına son qoyan zəlzələ ilə bağlı öz sevincini paylaşırlar.

Erməni analitik Toros Aleksanyan bu mövzuya toxunaraq bir sıra diqqət çəkən fikirlər səsləndirib.

O, "Mamul"a açıqlamasında deyib ki, “Həmişə olduğu kimi, əksər ermənilər xəyal ilə reallığı qarışdırır bu zəlzələnin Türkiyəni diz çökdürəcəyini düşünürlər".

- Əziz dostlar, təəssüf ki, Türkiyə böyük və güclü bir ölkədir. Onlar üçün bu zəlzələ ciddi bir şey deyil. İki ildən sonra bu təbii fəlakətin nəticələri aradan qaldırılacaq və türklər problemləri unudacaqlar. Əgər zəif, nizamsız, kasıb və kiçik bir ölkə olan Ermənistan Spitak zəlzələsinin nəticələrini aradan qaldıra bildisə, bu hadisə Ankaraya nə edəcək? O vaxtı qurbanlarının sayı Türkiyədəki zəlzələdə ölənlərin sayından 5 min çox idi. Hazırda itki 20 min deyilir. Ona görə də bilin ki, Türkiyə üçün, ümumilikdə bu heç bir ciddi problem yaratmayacaq. Təbii ki, Ermənistana yaranı tam sarımaq üçün 30 ildən çox vaxt lazım oldu. Türkiyəyə isə maksimum 3 il lazım olacaq, - Erməni ekspert deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Zəlzələ   Türkiyə   Erməni   Analitik  





Xəbər lenti