"Rusiya Ukrayna ilə danışıqlara hazırdır, lakin.." - XİN rəsmisi

   "Rusiya Ukrayna ilə danışıqlara hazırdır, lakin.." -    XİN rəsmisi
  11 Fevral 2023    Oxunub:1008
"Rusiya mövcud reallıq əsasında Ukrayna ilə danışıqlara hazırdır, lakin ilkin şərt olmadan".
AzVision.az xəbər verir ki, bunu “Zvezda” telekanalına müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

"Bəli, klassiklər deyirlər ki, istənilən düşmənçilik danışıqlarla başa çatır və təbii ki, biz artıq belə danışıqlara hazır olacağımızı demişik. Lakin ilkin şərtsiz, mövcud reallığa əsaslanan və açıq elan etdiyimiz məqsədləri məqsədləri nəzərə alan danışıqlara gedəcəyik".

Verşinin qeyd edib ki, Moskva ilə danışıqlara dair qərar Kiyevdə deyil, Vaşinqton və Brüsseldə verilir.

- Əvvəla, danışıqlar artıq olub, Minski və İstanbuldakı görüşləri xatırlayırsınız. Və xatırlayırsınız ki, onlar Ukrayna tərəfi tərəfindən kəsilib, amma siz yaxşı bilirsiniz ki, qərar Kiyevdə deyil, digər paytaxtlar, ilk növbədə Vaşinqtonda, Brüsseldə verilir. Ona görə də ora müraciət etmək lazımdır, - XİN rəsmisi vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti