NASA peyk görüntüləri ilə zəlzələnin vurduğu ziyanı açıqladı

   NASA peyk görüntüləri ilə zəlzələnin vurduğu ziyanı açıqladı
  10 Fevral 2023    Oxunub:1767
ABŞ Aviasiya və Kosmik Agentliyi (NASA) "əsrin fəlakəti" olaraq xarakterizə edilən 7,7 və 7,6 bal gücündə zəlzələlərin təsirinə məruz qalan Kahramanmaraş və onun Türkoğlu və Qaziantep Nurdağı rayonlarına dəyən ziyanı göstərən peyk xəritəsini də dərc edib.
Zədələnmiş ərazilərin vizual və məlumat qeydində ilkin zərər xəritəsi Kahramanmaraş, Türkoğlu və Nurdağı bölgələrini göstərir.

Tünd qırmızı nöqtələrlə işarələnmiş hissələr binalara və infrastruktura mümkün ciddi ziyanı və ya ərazinin təbii landşaftında mümkün dəyişiklikləri, narıncı və sarı rənglə işarələnmiş hissələr isə az və qismən zədələnmiş əraziləri göstərir.

Hər bir nöqtənin diametri təxminən 30 metrdir. NASA-nın geofiziki Erik Fildinq bildirib ki, qırılmanın uzunluğu və şiddəti 1906-cı ildə San Fransiskonu dağıdan zəlzələ ilə eynidir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti