İrəvanda atışma: Ticarət mərkəzinin direktorunu yaraladılar

      İrəvanda atışma:    Ticarət mərkəzinin direktorunu yaraladılar
  10 Fevral 2023    Oxunub:972
İrəvanda "Platinium" ticarət mərkəzinin direktoru binanın qarşısında atışma zamanı yaralanıb.
Saat 18:20 radələrində polisə Sevani küçəsində yerləşən ticarət mərkəzinin qarşısında atəş açılması və zərərçəkənin olması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn polis əməkdaşları tapançadan açılan 8 ədəd patron darağı aşkar ediblər.
Yaralı 38 yaşlı Robert M. xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti