Ermənistanın sabiq müdafiə nazirinin həbsinə qərar verildi

   Ermənistanın sabiq müdafiə nazirinin həbsinə qərar verildi
  10 Fevral 2023    Oxunub:1125
İrəvanın Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyanın qiyabi həbsinə dair vəsatəti təmin edib.
Bu barədə "Sputnik Ermənistan"a ölkənin Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2016-2018-ci illərdə nazir postunu tutan V. Sarkisyan hərbçilərə mənzillərin bölüşdürülməsində sui-istifadələrə yol verib.

2018-ci ilin yanvarında Sarkisyan Müdafiə Nazirliyinin mərkəzi mənzil komissiyasının üzvlərinə bu mənzillərdən 26-nın növbədə olmayan hərbçilərə (onları o vaxtkı nazir özü seçib), eləcə də daha 3 mənzilin hərbçi olmayan şəxslərə ayrılmasını tapşırıb.

Xatırladaq ki, fevralın 8-də Ermənistanın Baş Prokurorluğu Sarkisyana və Ermənistan Müdafiə Nazirliyinin mərkəzi mənzil komissiyasının 5 üzvünə (vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə görə) qarşı cinayət təqibinin başlanması barədə qərar qəbul edib.

Sarkisyan 2018-ci ildən ABŞ-da yaşayır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti