Belçika deputatı: “İlham Əliyev digər dövlət başçılarına örnək oldu”

   Belçika deputatı:  “İlham Əliyev digər dövlət başçılarına örnək oldu”
  10 Fevral 2023    Oxunub:1166
"Bu böyük fəlakətdir və təkcə Türkiyənin deyil, bəşəriyyətin faciəsidir. Dağıntılar nə qədər böyük olsa da biz bu problemi həll edəcəyik. Böyük türk milləti olaraq göstərdiyimiz əzm buna imkan verir".
AzVision.az xəbər verir ki, bu sözləri Belçika parlamentinin tür əsilli deputatı Şevket Temiz deyib.

O, qeyd edib ki, "Can Azərbaycanın ilk gündən Türkiyənin yanında olması bizi qürurlandırdı. Qardaşlığın başqa nümunəsi ola bilməz. Zəlzələ bölgəsinə özünü ilk çatdıran can Azərbaycanımız oldu. Bununla bağlı təlimat verən Azərbaycan Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan xalqına sonsuz təşəkkür edirəm. Dəstəyiniz möhtəşəmdir!".

Deputat “Azərbaycanın dəstəyi bizi qürurlandırdığı kimi, eyni zamanda duyğulandırdı. Sosial şəbəkələr üzərindən Azərbaycan xalqının dəstəyini izləyirik və göz yaşlarımızı saxlaya bilmirik. Dövlət və xalq olaraq Türkiyənin yanındasınız" deyib.

"Bu həm də acı günümüzdə yalnız olmadığımızı göstərir. Bu həm də mənəvi dəstəkdir və bizim ayaqda dayanmağımız üçün çox önəmlidir. Prezident İlham Əliyev digər türk dövlət başçılarına örnək oldu. Əsl qardaşlıq, dostluq belə olur. İlham Əliyev Avropa türklərinin qəlbində bir qəhrəmandır. Avropa türk icması İlham Əliyevi çox sevir və dəyər verir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Türkiyəyə böyük dəstək göstərdiyini diqqətlə izləyirik. Bu xalq və dövlətin birliyinin təzahürüdür”, - o, fikirlərinə əlavə edib.

Deputat həmçinin Belçikada yardım mərkəzi qurulduğunu bildirib: “Belçikada mərkəz qurmuşuq. Zəlzələ bölgəsinə şərəflə gedəcəyik”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Prezident   Belçika   Türkiyə   Zəlzələ  





Xəbər lenti