Dünyanı ağladan fotonun müəllifi: "Atası ölmüş qızının şəklini çəkməyimi istədi"

      Dünyanı ağladan fotonun müəllifi:    "Atası ölmüş qızının şəklini çəkməyimi istədi"
  10 Fevral 2023    Oxunub:1390
Türkiyədə baş verən zəlzələdən sonra hələ də ürəkdağlayan görüntülər yayılır. Dağıntı altında qalaraq ölən qızının əlini buraxmayan Mesut Hançerin fotosu isə dünyanı gözyaşına boğdu.
Fotonun müəllifi AFP-nin veteran fotoqrafı Adem Altan deyir ki, zəlzələ bölgəsinə gedərkən gözlərini sakit, səssizcə yas tutan atadan çəkə bilməyib. O, uzaqdan aparatını ata və ölmüş qızı İrmaka tuşlayıb. M. Hançer Altanı görcək onu səsləyib.

"Hançer alçaq, titrək səslə "Uşağımın şəklini çək" dedi. Ata istəyirdi ki, dünya onun və millətinin dərdini görsün. Və oldu. AFP-nin fotoşəkili Financial Times və Wall Street Journal da daxil olmaqla dünyanın əsas qəzetlərinin ön səhifələrində çıxdı.

Fotolar çəkərkən çox kədərləndim. Öz-özümə nə böyük ağrıdır deyə təkrarlayırdım. Ağlamaqdan özümü saxlaya bilmirdim", - Altan xatırlayır.

Altan Hançerdən qızının adını soruşub.

"O, çətinliklə danışırdı, ona görə də onunla çox danışa bilmədim. Çoxları mənə dedi ki, bu obrazı heç vaxt unutmayacaqlar".

40 ildir fotoqraf kimi çalışan Altan fotoşəkilin Türkiyənin ağrısını ifadə etdiyini bilirib.







Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti