Kazarmada yanan ermənilər narkotik qəbul edib?- Ekspertiza təyin edildi

  Kazarmada yanan ermənilər narkotik qəbul edib?-    Ekspertiza təyin edildi
  10 Fevral 2023    Oxunub:834
Ermənistanın Qeqarkunik rayonunun Azad kəndindəki kazarmada baş vermiş yanğınla bağlı narkoloji ekspertiza təyin edilib. AzVision.az xəbər verir ki, bunu Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan jurnalistlərə verdiyi açıqlamada deyib.
O qeyd edib ki, "məlum ekspertiza hadisənin bütün hallarının aydınlaşdırılması üçün təyin edilib".

Maraqlıdır ki, bir müddət öncə məşhur “Joğovurd” qəzeti kazarmada narkotik olması barədə xəbər yaymışdı. Nəşr öz mənbələrinə istinadən belə bir şübhə ilə bağlı xüsusi ekspertiza təyin olunduğunu idi etmişdi. Müəllif yazıb ki, ölən əsgərlərin yaxınları hərbçilərin yanğına qərq olmuş binadan çıxmaq üçün heç nə etməmələrinin səbəbini öyrənmək istəyirlər. Yəni şübhələr yaranıb ki, yataqda uzanmış vəziyyətdə yanaraq can vermiş əsgərlər özlərində olmayıblar.

"15 hərbçi yanğından əvvəl öldürülmüşdü" - Erməni əsgər anası
"Joğovurd" onu da iddia edib ki, məlum cinayət işində təqsirləndirilən kapitanın yatmış əsgərləri oyatmaması da bir sıra suallar yaradır. Verilən ifadəyə görə, guya o, yüksək səslə qışqırıb, lakin əsgərlər huşsuz vəziyyətdə olduqları üçün reaksiya vermirmişlər.

Qeyd edək ki, Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini Arsen Saroyan yanğın hadisəsindən bir müddət sonra İctimai Televiziyanın efirində deyib ki, yanğın nəticəsində həlak olan 15 əsgərdən 14-ünin meyiti çarpayıda tapılıb. Yəni onlar oyanmadan can veriblər.

Xatırladaq ki, yanvarın 19-na keçən gecə Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın baş verib. Nəticədə 15 erməni hərbçi həlak olub, daha üç nəfər isə ağır vəziyyətdə xilas edilib. Yanğına səbəb komandirin sobaya benzin tökməsi olub. Hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 8 zabit də vəzifədən uzaqlaşdırılıb, sözügedən hərbi hissənin arxa bölməsinin rəisi, briqada komandirinin kommunal xidmət üzrə müavini, polkovnik-leytenant Qor Agekyan isə saxlanılıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Kazarma   Ermənistan   Yanğın   Narkotik  





Xəbər lenti