Şoltsdan Avropaya çağırış: "Tankları Kiyevə verin!"

   Şoltsdan Avropaya çağırış:    "Tankları Kiyevə verin!"
  10 Fevral 2023    Oxunub:761
Almaniya kansleri Olaf Şolts Avropa liderlərinə müraciət ünvanlayıb. O, Avropanı "Leopard 2" tanklarını Ukraynaya təhvil verməyə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” Avropa İttifaqı Şurasının Brüsseldə keçirilən iclasından sonra Şoltsun yaydığı bəyanata istinadən yazıb.

Şoltsun sözlərinə görə, tankların Ukraynaya göndərilməsi prosesi baş tutmalıdır. Lakin bu, o qədər də asan olmayacaq.

Qeyd edək ki, bundan öncə Almaniyanın müdafiə naziri Boris Pistorius Berlinin təxminən üç ay ərzində Kiyevə ilk Leopard-ları təhvil verəcəyini bəyan etmişdi. Onun sözlərinə görə, Almaniyanın Kiyevə yardım göstərərkən “müharibənin iştirakçısına çevrilməməsi” vacib amildir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti