"Türkiyədə yenidən güclü zəlzələ ola bilər" - Yaponiyalı professordan XƏBƏRDARLIQ

  "Türkiyədə yenidən güclü zəlzələ ola bilər" -   Yaponiyalı professordan XƏBƏRDARLIQ
  10 Fevral 2023    Oxunub:1992
Yaponiyanın Tohoku Universitetinin Beynəlxalq Fəlakət Elmi Araşdırma İnstitutunun professoru Toda Şinji Türkiyədəki 7,7 və 7,6 bal gücündəki zəlzələlərin tarixdə baş verən ən böyük yeraltı təkanlardan biri olduğunu deyib.
TRTHaber-a müsahibə verən professor bildirib ki, bu, min ildə bir görüləcək hadisədir:

"Yer qabığında qırılma və sürüşmə müşahidə edilib. Bu, min ildə bir dəfə vaş verə bilər. Türkiyədəki zəlzələdə meydana çıxan enerji Kobe və Kumamoyo zəlzələlərindən 15 dəfə güclüdür".

Şinji əlavə edib ki, dağıntıların bu qədər böyük olmasının əsas səbəbi zəlzələnin episentirinin səthə yaxın olmasıdır.

"Ərəb piltəsi Şərqi Anadoluya doğru hərəkət edib, nəticədə laylar və yer qabığında sınmalar olub və bu da güclü afterşoklar yaradır.

Güclü zəlzələlər uzun sınma nöqtələri boyunca baş verir. Türkiyədəki yerltı təkanların 200 km uzunluqda olan sınma xətti boyunca olması dağıntıların miqyasının genişlənməsinə səbəb olub".

Zəlzələlərin vaxtını əvvəlcədən bilmək mümkün olmadığını vurğulayan professor sonda əlavə edib ki, həmin bölgədə yenidən güclü zəlzələ ola bilər.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti