Zəlzələ bölgəsinə yardım göndərdilər: Taxma kirpik, dekoltə, dikdaban

  Zəlzələ bölgəsinə yardım göndərdilər:  Taxma kirpik, dekoltə, dikdaban
  10 Fevral 2023    Oxunub:2846
Türkiyənin zəlzələ bölgələrinə göndərilən yardım paketlərindən çıxan bəzi əşyalar və geyimlər böyük təəssüf doğurur. Belə ki, göndərilənlər nəyinki köməkçi vasitə olur, əksinə könüllülərin işini çətinləşdirir.
Çirkli və köhnəlmiş paltarlar, dikdaban ayaqqabılar, gecə və yay geyimləri zəlzələ bölgəsinə göndərilməsə də, bu vəziyyət vaxt itkisinə səbəb olur.

Könüllü Azra Ceren Çapak göndərilən əşyalar arasında köhnə ayaqqabı təmizləyicisinin olduğunu və zəlzələ bölgəsində belə məhsulların lazımsızlığını bildirib. O, əlavə edib ki, hətta kirli corablar, dikdaban ayaqqabılar, taxma kirpik göndərənlər də var.

Çimərlik paltarları da yolladıqlarını bildirən könüllü Rona Yaz Nacak: "Qarlı bölgələrə yay ayaqqabısı, tüllü libaslar göndərirlər", - deyə narazılığını dilə gətirib.






Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti