KİV: Vaşinqton Kiyevə raket zərbələri üçün koordinatlar verir

      KİV:    Vaşinqton Kiyevə raket zərbələri üçün koordinatlar verir
  10 Fevral 2023    Oxunub:876
Ukraynanın rəsmi şəxsləri ABŞ-dan raket zərbələri üçün koordinatlar aldıqlarını bildiriblər.
AzVision.az xəbər verir ki, bu barədə “The Washington Post” mənbəyə istinadən yazıb. Eyni zamanda, zərbələr üçün hədəfləri Ukrayna hakimiyyət orqanları özləri seçirlər.

Yüksək rütbəli Ukrayna rəsmisi əlavə edib ki, Ukrayna qüvvələri ABŞ hərbçiləri tərəfindən verilən xüsusi koordinatlar olmadan demək olar ki, heç vaxt raket atmır. Qəzetin ABŞ prezident administrasiyasındakı mənbəsi bu məlumatları təsdiqləyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti