Ukrayna rəsmi olaraq Niderlanddan “F-16” qırıcıları istəyib

 Ukrayna rəsmi olaraq Niderlanddan  “F-16” qırıcıları istəyib
  10 Fevral 2023    Oxunub:859
Ukrayna “F-16” qırıcılarının tədarükü üçün rəsmi olaraq Niderland hakimiyyətinə sorğu göndərib.
AzVision.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Kaysa Ollonqren bəyan edib. Nazirin sözlərinə görə, sorğu başa düşüləndir, lakin yerinə yetirilməsi asan deyil. “Biz amerikalılar və digər müttəfiqlərlə F-16-ların çatdırılmasını müzakirə etməliyik. Nəticələri haqqında ciddi düşünməliyik, bu bir gecədə baş verə bilməz. Bu barədə dürüst olmalıyıq”.

Ollonqren gələcəkdə Ukraynanın “F-16”ların istifadə olunacağı ölkələrdən birinə çevriləcəyini istisna etməyib. “Ölkə heç vaxt əvvəlki kimi Rusiya qırıcılarını ala bilməyəcək”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti