Avropa İttifaqı Ukraynada vurulan PUA-ları tədqiq edir

   Avropa İttifaqı Ukraynada vurulan PUA-ları tədqiq edir
  10 Fevral 2023    Oxunub:799
Avropa İttifaqı ölkələri Ukraynada vurulan pilotsuz uçuş aparatlarını (PUA) sökərək tədqiq edir. Buna səbəb PUA üçün komponentlər istehsal edən şirkət və ya dövlətə qarşı sanksiyaların tətbiq edilməsidir.
AzVision.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bəyan edib. “Ukraynalılar pilotsuz uçan aparatı vuranda biz orada hansı komponentlərdən istifadə olunduğunu, onların tədarükünü dərhal qadağan etmək üçün Aİ-dən alınan ehtiyat hissələrin olub-olmamasını ətraflı təhlil edirik”-deyə, o bildirib.

Moskvaya qarşı növbəti, onuncu sanksiyalar paketinin hazırlanmasından danışan AK rəhbəri qeyd edib ki, qurum artıq məsələ ilə bağlı hazırlıq işləri görür.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti