Almaniya bu il Ukraynaya 20 "Leopard-1" tankı verəcək

   Almaniya bu il Ukraynaya 20 "Leopard-1" tankı verəcək
  09 Fevral 2023    Oxunub:1033
Almaniyanın hərbi sənaye kompleksi "Rheinmetall" konserninin icraçı direktoru Armin Papperger bu il Ukraynaya 20-25 "Leopard-1" tankı verməyə hazır olduğunu açıqlayıb
AzVision.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Pappergerin sözlərinə görə, 2023-2024-cü illərdə bu tipli 88 tankın təmirdən sonra Ukraynaya çatdırılması planlaşdırılır.

"Rheinmetall" şirkəti həmçinin "Panter" tankları və Lynx piyada döyüş maşınlarını da Ukraynaya verməyə hazır olduqların bildirib. Eyni zamanda müharibə başa çatandan sonra Ukrayna ərazisində "Patner" tanklarının istehsalı üçün zavod tikilməsi də təklif edilib.



AzVision.az


Teqlər:





Xəbər lenti