Kim Çen In yeni ballistik raketini paradda nümayiş etdirdi

   Kim Çen In yeni ballistik raketini paradda nümayiş etdirdi
  09 Fevral 2023    Oxunub:835
Şimali Koreya lideri Kim Çen In yenisi də daxil olmaqla çoxlu sayda nüvə raketlərinin nümayiş etdirdiyi hərbi parad keçirib.
AzVision.az xəbər verir ki, bu barədə "Yonhap News" agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, Koreya Xalq Ordusunun yaradılmasının ildönümü şərəfinə Kim İr Sen meydanından avtoritar dövlətin nüvə imkanlarının “maksimum potensialını” nümayiş etdirən qitələrarası ballistik raketlərdən (ICBM) ibarət karvan keçib.

Nəşr qeyd edib ki, Şimali Koreya rejimi özünün “müharibəni dayandırma və əks-hücum imkanlarının” nümayişi kimi “taktiki nüvə qurğularını” təqdim edib.

Yeni nüvə raketinin xüsusiyyətləri naməlumdur. Lakin o, Şimali Koreyanın yaratmağa çalışdığı mğhkəm yanacaqlı raket ola biləcəyi ilə bağlı fərziyyələrə səbəb olub.



AzVision.az


Teqlər:





Xəbər lenti