Türkiyəli məşhurlar zəlzələ bölgəsi üçün səfərbər oldu

   Türkiyəli məşhurlar zəlzələ bölgəsi üçün səfərbər oldu
  09 Fevral 2023    Oxunub:936
Türkiyədə baş verən zəlzələnin yaratdığı faciənin miqyası daha da genişlənib. Bu saata olan məlumata görə, 16 mindən çox vətənbdaş həyatını itirib. Türkiyəli məşhurlar zəlzələ bölgəsindəki insanlara kömək üçün danışıqlar aparır.
AzVision.az xəbər verir ki, AHBAP Dərnəyinin qurucusu Haluk Levent Dost Koordinasiya Mərkəzində Kıvanç Tatlıtuğ, Özge Özpirinçci, Kenan İmirzalıoğlu, Oktay Kaynarca, İrem Helvacıoğlu və Kıvanç Kasabalı ilə görüşüb.

"Sağ olsun dostlarım gəldilər. Bir çox yerlə razılıq əldə etdik. Çünki böyük həcmdə alış-veriş edirik. Dərhal bölgəyə göndərilməsi üçün 2000 çadır təşkil etdik. TIR-larımızı bölgəyə göndəririk. Kıvanç Kasabalı burada Özge Özpirinçci xariclə danışır. Kenan İmirzalıoğlu günəş panellərinin əldə olunması üçün danışır, Kıvanç Tatlıtuğ səlahiyyətlilərlə yük maşınlarının əraziyə necə girə biləcəyini danışır. Oktay Kaynarca fəallıq göstərir, yardım etmək üçün saçını-başını yolur. Hər kəs əlindən gələni edir. AHBAP-lar da buradadır. Biz edəcəyik" dedi.

Levent eyni zamanda heç kimin bölgəyə könüllü olaraq gəlməməsini deyib. "Həqiqətən çox insan var. İnanın xeyirdən çox zərər verə bilər. Peşəkar komanda, alətlər, avadanlıqlar və s. gələ bilər, amma könüllü olmaq istəyənlər gözləsin. Yaxşı ürəklə, bu gün gün deyil, amma gələcəkdə başlayacaq iş üçün lazım ola bilərsiniz. Xahiş edirəm gəlməyin".



AzVision.az xıbır verir ki,


Teqlər:





Xəbər lenti