"Aİ indiyədək Ukraynaya 67 milyard avro yardım edib" - Leyen

   "Aİ indiyədək Ukraynaya 67 milyard avro yardım edib" -    Leyen
  09 Fevral 2023    Oxunub:722
Bir ildə Avropa İttifaqı Ukraynaya 67 milayrd avro dəyərində dəstək göstərib.
AzVision.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen mətbuat konfransında deyib.

"Bura büdcə dəstəyindən sürətli bərpaya, enerji təchizatından hərbi imkanlara, humanitar yardımdan qaçqınlara dəstəkə qədər sərf edilən bütün vəsait daxildir".

Leyen Avropa İttifaqının “daha ​​çox iş görməli” olduğuna da işarə edib.

Qeyd edək ki, Ursula fon der Leyen Rusiyaya qarşı onuncu sanksiya paketinin yaxın günlərdə açıqlanacağını bildirib. O qeyd edib ki, paketə 10 milyard avrodan çox dəyərində əlavə ixrac qadağaları daxil olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti