TBMM fövqəladə vəziyyət rejimini təsdiqlədi

TBMM fövqəladə vəziyyət rejimini təsdiqlədi
  09 Fevral 2023    Oxunub:1372
Türkiyənin zəlzələ olan 10 vilayətində fövqəladə vəziyyət rejimi Türkiyə Böyük Millət Məclisində qəbul edildi.
AzVision.az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Qeyd edilib ki, Türkiyədə zəlzələ olan bögələrdə 3 ay müddətinə fövqəladə vəziyyət rejimi olacaq.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Xeyli sayda insan həlak olub və yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti