Ərdoğan Heydər Əliyev Fondunun nümayəndələri ilə görüşdü
![Ərdoğan Heydər Əliyev Fondunun nümayəndələri ilə görüşdü Ərdoğan Heydər Əliyev Fondunun nümayəndələri ilə görüşdü](https://azvision.az/photos/2023/02/63e4c5d96784a63e4c5d96784b167593724163e4c5d96784763e4c5d967848-1675937806.jpg)
Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü bildirən Rəcəb Tayyib Ərdoğan deyib: “İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adımdan çox təşəkkür edirəm!”
Azərbaycanda xalqının zəlzələ qurbanları üçün humanitar yardıma qoşulmasından, göndəriləcək yardımlar barədə məlumatlı olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib. “Öz adımdan, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!”.
AzVision.az
Teqlər: