Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb - YENİLƏNİB
![Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb - YENİLƏNİB
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb - YENİLƏNİB](https://azvision.az/photos/2023/02/abdden-korkutan-aciklama-son-10-yilin-en-olumcul-depremi-olabilir-R2qWuafE-1675790032.jpg)
Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.
21:14
Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 4 544-ə çatıb.
AzVision.azxəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 26 721 nəfər yaralanıb.
20:14
Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 703-ə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 22 286 nəfər yaralanıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 6 minə yaxın bina dağılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
AzVision.az
Teqlər: Türkiyə