Sky News: "Müharibə olsa, Britaniyanın sursatı bir neçə günə bitəcək"
![Sky News: "Müharibə olsa, Britaniyanın sursatı bir neçə günə bitəcək" Sky News: "Müharibə olsa, Britaniyanın sursatı bir neçə günə bitəcək"](https://azvision.az/photos/2023/02/261-1675684027.jpg)
Mənbələrdən biri jurnalistlə söhbətində bildirib ki, Ukraynaya göndərilən silahlar əvəz olunmasa, Böyük Britaniya çox ciddi miqyasda belə özünü müdafiə edə bilməyəcək.
Digər şəxs isə deyib ki, NATO Böyük Britaniyadan tələb olunan sayda bölmə gözləməyə bilər. Çünki krallığın heç belə imkanları da yoxdur. Onun sözlərinə görə, 25-30 min nəfərlik diviziya yaratmaq üçün 10 il vaxt lazım olur. Halbuki indi krallıq 5-10 min əsgərdən ibarət bir ordu qura bilir.
Tural Tağıyev
AzVision.az