- Təbliğatın da müəyyən mənəvi xüsusiyyətləri, keçilməməli olan əxlaqi xətləri olmalıdır. Anti-Rusiya təbliğatının təsiri altında olan bir çox soydaşlarımızın əsas arqumenti odur ki, ruslar bölgəyə gəlməklə bizi 300 il işğalda saxlayıblar. Xəritələr yayılır ki, burada hər şeyə ruslar günahkar göstərilir. Sanki rusların bölgədə mövcudluğundan əvvəl regionda ermənilərin yaşadıqları ərazi hər yeri əhatə edib, onlar gəldikdən sonra isə yalnız indiki Ermənistan, Qarabağ ərazisində qalmışıq. Ümid edirəm bu tezislərin manipulyasiya xarakterini hiss edirsiniz", - politoloq "Mamul"a açıqlamasında deyib.
![]() |
"İrəvan 9 noyabr bəyanatını ABŞ planıyla həyata keçirmək istəyir" - Tevanyan |
- Yəni onlar bütün Avropa qapılarını döyəndən sonra bircə yer qalıb ki, bu da bizim regionla maraqlana biləcək yeganə güc Rusiya imperiyası olub. Yenə deyirəm, Rusiya imperiyası nəinki bölgəni azad etdi, həm də müasir Ermənistan ərazisinə köçürülmək üçün Şah Abbasın vaxtında deportasiya edilmiş minlərlə erməni ailəsinin fars ərazilərindən geri qaytarılmasına şərait yaratdı.
Qriboyedov həqiqətən də bizim üçün çox böyük iş gördü. Təəssüf ki, bu gün biz bunu qiymətləndirmirik. İnsafən deyim ki, heç o vaxt da ona layiqincə qiymət verilməyib. Yəni Rusiya imperiyasının bölgəyə qayıtmasından əvvəl biz müsəmanların xüsusi vergi növləri altında yaşamışıq. İndiki təbliğatçıların əxlaqı olmalıdır.
Tural Tağıyev
AzVision.az