"Bu, əxlaqsız müxbirin cəfəngiyyatıdır"
!["Bu, əxlaqsız müxbirin cəfəngiyyatıdır" "Bu, əxlaqsız müxbirin cəfəngiyyatıdır"](https://azvision.az/photos/2023/02/thumbs_b_c_e82e0ca679d33845cdb73350acf894f4-1675626454.jpg)
The Economist, Stern, Bloomberg və Foreign Policy-dən (oxşar nəşrlərdən) sonra The Guardian-da dərc olunan bu antidemokratik bəyanatları və müraciətləri qətiyyətlə pisləyir və rədd edirik. Bu qəbuledilməzdir”, - o yazıb.
Kurtulmuş qeyd edib ki, Türkiyə Avropanın və Qərbin iki üzlü yanaşması ilə hücuma məruz qalıb. O, Qərbi İslam əleyhinə duyğulara qapılmaqda və terror təşkilatlarının dilindən istifadə etməkdə günahlandırıb.
Bazar günü The Guardian köşə yazarı Simon Tisdalın Türkiyə və Ərdoğan haqqında məqaləsini dərc edib.
Yazıda Türkiyə liderinin Qərbin və NATO-nun dostu olmaqdan əl çəkdiyini, alyansın parçalanmasında maraqlı olduğunu və bəlkə də bu hərəkətinə görə cəza almağa layiq olduğu qeyd olunub.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: