Avropa İttifaqında dərman çatışmazlığı yaranıb

 Avropa İttifaqında  dərman çatışmazlığı yaranıb
  30 Yanvar 2023    Oxunub:1015
Bütün Avropa İttifaqında uşaq üçün ağrıkəsicilər, öskürək siropları, qan təzyiqi dərmanları və antibiotiklər kimi zəruri dərmanların çatışmazlığı yaranıb.
Bu barədə Amerikanın “Politico” nəşri yazıb. Qeyd olunub ki, Avropanın 29 ölkəsinin (o cümlədən Türkiyə, Kosovo, Şimali Makedoniya və Norveç) dörddə birində 600, digər 20 faizində isə 200-300 dərman preparatının tədarükündə problemlər mövcuddur.

Eyni zamanda, ölkələrin 75%-də 2022-ci ilin qışından dərman təchizatı ilə bağlı vəziyyət xeyli pisləşib. Dörd ölkədə dərman çatışmazlığı ölümlə nəticələnib. Almaniyada 408, Avstriyada 600-dən çox dərman çatışmazlığı, İtaliyada 3 mindən çox dərmanın tədarükü ilə bağlı çətinliklər var.

Dərman qıtlığı fonunda tənəffüs xəstəliklərinin mövsümi dalğasının daha erkən başladığı və 2022-2023-cü ilin qışında adi haldan daha güclü olduğu qeyd edilir. İnflyasiya və artan enerji qiymətlərinin dərman təchizatının pozulmasına səbəb olduğu güman edilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti