Vitkof və Kelloq İstanbula gedirlər

   Vitkof və Kelloq İstanbula gedirlər
  13 May 2025    Oxunub:477
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq mayın 15-də Türkiyənin İstanbul şəhərində baş tutacaq Rusiya-Ukrayna danışıqlarına qoşulacaqlar.
"Reuters" xəbər agentliyinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, amerikalı xüsusi nümayəndələr İstanbula elə həmin gün yollanacaqlar. Onların Rusiya və Ukraynanın nümayəndə heyətləri arasında aparılacaq danışıqları yalnız "müşahidə edəcəkləri" diqqətə çatdırılır.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin mayın 10-da İkinci Dünya müharibəsində qələbənin 80 illiyi üzrə tədbirlərinin yekununda jurnalistlərə açıqlamasında rəsmi Kiyevə müraciətlə İstanbulda ilkin şərt qoyulmadan birbaşa danışıqlar təklifi irəli sürüb. O diqqətə çatdırıb ki, Türkiyə də mayın 15-də keçirilməsi nəzərdə tutulan bu danışıqların təşkilinə hazırdır.
Tramp İstanbula gedəcəkmi?

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp da yerli mətbuata açıqlamasında diqqətə çatdırıb ki, Rusiya və Ukraynanın nümayəndə heyətlərinin mayın 15-də Türkiyənin İstanbul şəhərində keçiriləsi görüşünə o da qoşulmaq istəyir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   Ukrayna   Türkiyə   danışıqlar  





Xəbər lenti