Ərdoğan sosial mediada ən çox izlənən ikinci liderdir
![Ərdoğan sosial mediada ən çox izlənən ikinci liderdir Ərdoğan sosial mediada ən çox izlənən ikinci liderdir](https://azvision.az/photos/2023/01/thumbs_b_c_266840971cbd55f84476c73f1b6ebb99-1674976518.jpg)
Araşdırmaya görə, sosial mediada ən çox izlənən liderlər ABŞ prezidenti Co Bayden, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Vladimir Zelenskidir.
Rəqəmsal Müşahidə Fondunun rəsmisi Sandro Giorgetti bildirib ki, Baydenin 66 milyondan çox izləyicisi var, onu 40 milyondan çox izləyicisi ilə Ərdoğan və 27 milyon izləyicisi ilə Vladimir Zelenski izləyir.
Zelenskinin beynəlxalq izləyicilərinin sayı daha şoxdur. Ukraynadakı münaqişənin yaratdığı ictimai maraqla bağlıdır.
Digər liderlər arasında ən fəallar Braziliya prezidenti Luiz İqnasio Lula da Silva, Misir prezidenti Əbdül-Fəttah əs-Sisi və İtaliyanın baş naziri Corciya Melonidir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: