Çavuşoğlu: "Hər zaman deyirik: Can Azərbaycan tək deyil!"
![Çavuşoğlu: "Hər zaman deyirik: Can Azərbaycan tək deyil!" Çavuşoğlu: "Hər zaman deyirik: Can Azərbaycan tək deyil!"](https://azvision.az/photos/2023/01/25589-1604989350-1674906195.jpg)
O bildirib ki, həmin hücumları oradakı radikal erməni qrupları həyata keçirib: “Həmçinin Londonda da radikal bir qrup Azərbaycanın səfirliyinə hücum etdi. İndi də İranda belə hadisə baş verdi. Bu hücumlar araşdırılmalıdır. Xüsusilə İranla Azərbaycan arasında səmimi əməkdaşlıq mühiti formalaşmalıdır”.
M.Çavuşoğlu, həmçinin Tehrana çağırış edib: “Qonşumuz İrandan gözləntimiz bu terror hücumunun arxasında dayananlar və hadisənin səbəbləri barədə Azərbaycana məlumat verməsidir. Bu, vacibdir. İkinci bir tərəfdən, bu hücumu təşkil edən şəxs və ya şəxslər məsuliyyətə cəlb olunmalıdır. Hər zaman deyirik: Can Azərbaycan tək deyil”.
AzVision.az