İran Prezidenti səfirliyə hücumun araşdırılmasını tapşırıb

   İran Prezidenti səfirliyə hücumun araşdırılmasını tapşırıb
  27 Yanvar 2023    Oxunub:757
İran Prezidenti İbrahim Rəisi müvafiq orqanlara Azərbaycanın Tehrandakı Səfirliyinə hücumun araşdırılmasını tapşırıb.
AzVision.az bu barədə ISNA agentliyinə istinadən xəbər verir.

“Prezident xəbəri aldıqdan dərhal sonra hərtərəfli araşdırma aparılmasına göstəriş verib, mərhumun yaxınlarına başsağlığını bildirib, həmçinin yaralıların tezliklə sağalmasını arzulayıb", - mesajda deyilir.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti