Makron Fransanın pensiya islahatına görə postunu itirə bilər

   Makron Fransanın pensiya islahatına görə postunu itirə bilər
  21 Yanvar 2023    Oxunub:843
Emmanuel Makron daxili siyasətdəki səhvlərə görə Fransa prezidenti postunu itirə bilər.
AzVision.az xəbər verir ki, bu barədə "TFIGlobal" fransız nəşri yazır. Məqalə müəlliflərinin fikrincə, növbəti prezident seçkilərinin nəticələri ölkənin indiki rəhbərliyinin pensiya islahatını həyata keçirməyə cəsarət edib-etməməsindən birbaşa asılıdır.

Fransa hələ 2019-cu ildə pensiya yaşının 62-dən 64-ə qaldırmasından danışılır. Lakin koronavirus pandemiyası səbəbindən qərar təxirə salınmalı oldu. Yenidən bu məsələyyə qaydılıb. Fakt budur ki, büdcədə sadəcə olaraq bütün pensiyaçıları dəstəkləmək üçün kifayət qədər pul yoxdur. Pensiya yaşının artırılması ilə bağlı şayiələr kütləvi etirazlara səbəb olub, 1,2 milyondan çox fransız küçələrə axışıb. Təkcə Parisdə 80 min insan iğtişaşlar edir.

"TFIGlobal"ın müəllifləri qeyd edirlər ki, Makronun rəhbərlik etdiyi hazırkı hökumətin populyarlığı sürətlə azalır. Qərar qəbul olunarsa, böyük ehtimalla qarşıdan gələn prezident seçkilərində uduzacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti