"Twitter" işçilərinin 80 faizi Maskın gəlişindən sonra şirkəti tərk edib
!["Twitter" işçilərinin 80 faizi Maskın gəlişindən sonra şirkəti tərk edib "Twitter" işçilərinin 80 faizi Maskın gəlişindən sonra şirkəti tərk edib](https://azvision.az/photos/2023/01/1674278217.jpg)
Şirkətin tam ştatlı işçilərinin sayı təxminən 1,3 min nəfərə qədər azalıb. Xüsusən, istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün şirkət siyasəti, dizayn və məhsul dəyişiklikləri ilə bağlı tövsiyələrlə məşğul olan şöbədə hazırda 20-dən az daimi işçi var.
Maskın rəhbərliyi altında "Twitter"də kütləvi ixtisarlar yolu ilə işçilərin sayı azaldılıb, digər işçilər isə əsas siyasət dəyişikliklərindən sonra ayrılmaq məcburiyyətində qalıblar.
Business Insider öz mənbələrinə istinadən məlumat verib ki, "Twitter"də işdən çıxarılma, sahibinin əksini bildirməsinə baxmayaraq, sürətlə davam edir. Onların məlumatına görə, reklam və monetizasiyaya cavabdeh olan onlarla işçi iki həftə əvvəl şirkəti tərk etmək məcburiyyətində qalıb. Nəşr qeyd edir ki, Mask "Twitter"in bir çox beynəlxalq ofislərini və ABŞ-dakı bir neçə bölməsini bağlamağı planlaşdırır ki, bu da şirkətin işçilərinin 2000 nəfərə qədər azalmasına səbəb ola bilər.
AzVision.az
Teqlər: