Qərb ölkələri Rusiya neftinin qiymət tavanı səviyyəsinə yenidən baxacaq

   Qərb ölkələri Rusiya neftinin qiymət tavanı səviyyəsinə yenidən baxacaq
  21 Yanvar 2023    Oxunub:931
Qərb ölkələri bazarın reallıqlarına əsaslanaraq, mart ayında Rusiya neftinin marjinal qiymətlərinin səviyyəsinə yenidən baxmağa hazırlaşır.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirinin birinci müavini Adeval Adeyemonun koalisiya ölkələrindən olan həmkarları ilə virtual görüşündən sonra Nazirliyin saytında məlumat verilib. Nəşr qeyd edib ki, qiymət tavanına Rusiya gəlirlərinin məhdudlaşdırılması və qlobal enerji təchizatının sabitləşdirilməsi koalisiyasının ikili məqsədini yerinə yetirməkdə davam etmək şərtilə yenidən baxmağa razılaşıblar.

Məlumata görə, Qərb ölkələri bu halda fevralın 5-dən emal olunmuş neft məhsullarına marjinal qiymətlərin tətbiqindən sonra bazarın inkişafını nəzərə ala biləcəklər.

Qeyd edək ki, yanvarın 17-də Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, ötən il neft hasilatının səviyyəsinin 2% artaraq 535 milyon tona çatdığını açıqlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti