Rusiyaya qarşı onuncu sanksiyalar paketi bu ay qüvvəyə minəcək

 Rusiyaya qarşı onuncu sanksiyalar paketi bu ay qüvvəyə minəcək
  21 Yanvar 2023    Oxunub:737
Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 2023-cü il fevralın 24-dək qüvvəyə minəcək onuncu sanksiyalar paketi üzərində işləyir.
Bu barədə “Reuters” məlumat yayıb. Üç ölkənin yüksək rütbəli diplomatları bildiriblər ki, sanksiyaların növbəti mərhələsi Rusiyanın Ukraynaya qarşı hücumunun ildönümünə hazır olmalıdır. Lakin mənbələrdən biri, bu paketə kimin və nəyin daxil ola biləcəyini açıqlamayıb.

Xarici işlər nazirlərinin də bazar ertəsi günü (23 yanvar – Red) İrana qarşı insan haqlarının pozulması ilə bağlı sanksiyalar siyahısına yeni simalar əlavə edəcəyi gözlənilir. Eyni zamanda, bəzi Aİ ölkələri İranın Rusiyanın Ukraynada istifadə etdiyi pilotsuz uçuş aparatları ilə təmin edilməsinə cavab olaraq daha da çox addım atmağa çağırır.

AzVision.az





Teqlər:





Xəbər lenti