İrəvan üçtərəfli görüş ideyasını nəzərdən keçirir

   İrəvan üçtərəfli görüş ideyasını nəzərdən keçirir
  20 Yanvar 2023    Oxunub:927
İrəvan Ermənistan, Gürcüstan və Azərbaycan başçılarının iştirakı ilə görüşün olması ideyasını nəzərdən keçirir.
AzVision.az xəb ər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Armenpress”ə müsahibəsində deyib.

"Ermənistan Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqun inkişafına böyük maraq göstərir. Biz ikitərəfli Ermənistan-Azərbaycan görüşləri deyil, regional üçtərəfli müzakirələr sahəsində mümkün Tbilisi platformasını nəzərdən keçiririk. İndi Ermənistan və Gürcüstan baş nazirlərinin Azərbaycan prezidenti ilə görüşməsi ideyası dolaşır”, - deyə Mirzoyan bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti