Rusiya-Ukrayna müharibəsinə görə Fransa hərbi xərcini artırır

   Rusiya-Ukrayna müharibəsinə görə    Fransa hərbi xərcini artırır
  20 Yanvar 2023    Oxunub:1027
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağı planlaşdıran ölkələr sırasında Fransa da var. Ölkə prezidenti Emmanuel Makron 2024-cü ildən etibarən 6 illik dövr üçün 400 milyard avroluq hərbi xərc planı olduğunu açıqlayıb.
Makron müdafiə xərclərini kütləvi şəkildə artırmağı planlaşdırdığını açıqlayıb. O bildirib ki, planlaşdırılan büdcə “çevrilmə” proqramına imkan verəcək.

Fransa lideri bəyan edib ki, parlament də təsdiq edərsə, hərbi xərclər 2024-2030-cu illər üçün 400 milyard avroya (433 milyard dollar) yüksələ bilər. Bu rəqəm 2019-2025-ci illər üçün nəzərdə tutulan büdcədən 295 milyard dollar çoxdur. Mont-de-Marsan aviabazasında açıqlamalar verən Makron kiberhücumlara qarşı alınacaq tədbirlərin də artırılacağını açıqlayıb. Büdcə planının mart ayında parlamentə təqdim edilməsi planlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti