Borrell: "Aİ Ukraynadakı münaqişənin tərəfi olmaq istəmir"

      Borrell:    "Aİ Ukraynadakı münaqişənin tərəfi olmaq istəmir"
  20 Yanvar 2023    Oxunub:1677
"Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişənin tərəfi deyil və olmaq istəmir".
AzVision.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Madriddə keçirilən "Yeni İqtisadiyyat Forumu"nun mükafatlandırma mərasimində deyib.

“Aİ Ukraynadakı müharibədə iştirak etmir. Biz müharibənin tərəflərindən deyilik, olmaq da istəmirik”, - Borrell bildirib.

Eyni zamanda o qeyd edib ki, Aİ ölkələri Kiyevə hərbi yardıma davam edir. Borrel əlavə edib ki, Ukraynada münaqişə 2014-cü ildə başlayıb və onun fikrincə, “son ana qədər Avropa müharibədən yayınmağa çalışıb”.

AzVision.az



Teqlər:





Xəbər lenti