Yanan 15 əsgər Kəlbəcərdən partlayışla çıxan hərbi hissədən olub

  Yanan 15 əsgər Kəlbəcərdən partlayışla çıxan hərbi hissədən olub
  20 Yanvar 2023    Oxunub:6447
Xəbər verdiyimiz kimi yanvarın 19-da Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın olub. 15 hərbçinin ölümünə səbəb olan yanğının sobada benzindən istifadə edilməsindən sonra başlandığı deyilir.
Bu gün isə hərbi məsələləri araşdıran jurnalist Aram Gevorqyan sosial şəbəkələrdə maraqlı bir faktı açıqlayıb.

Yanan ermənilər: Almaniyadan gələn, çempion, sərhəd təxribatının iştirakçıları -FOTOLAR
- 2-ci Ordu Korpusunun hərbi hissələri 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcərdə yerləşdirilib. Sonradan Kəlbəcər bizim üçün alçaldıcı imza ilə Azərbaycana qaytarıldı. Paylaşdığım şəkildə 2-ci ordu Kropusunun Kəlbəcərdə yerləşən hərbi hissəsinin noyabrın 24-də günorta saatlarında partladılması anıdır. O zaman bunu etmişdilər ki, bina düşmən əsgərləri üçün xidmətə yararlı olmasın.

Qarabağın təslim olmasından sonra erməni əsgəri sahibsiz və xəyanətə məruz qaldı. O, tövlələrə və çadırlara arxalanmağa məcbur oldu, - erməni jurnalist əsgərlərinin rahat kazarmalardan qaçıb tövlələrdə yanmasına gileylənib.

Xatırladaq ki, hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 8 yüksək rütbəli zabitin də vəzifədən uzaqlaşdırılması barədə məlumat yayılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Hərbi-Hissə   Kazarma   Kəlbəcər  





Xəbər lenti