ABŞ-ın dövlət borcu yenidən limiti keçib

   ABŞ-ın dövlət borcu yenidən limiti keçib
  20 Yanvar 2023    Oxunub:798
Yanvarın 19-da ABŞ-ın dövlət borcu Konqres tərəfindən müəyyən edilmiş 31,381 trilyon dollarlıq limiti keçərək, yeni borclar cəlb etmək imkanını itirib və 31,416 trilyon dollara çatıb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellenin Konqresə göndərdiyi məktubda bildirilib.
Onun fikrincə, hakimiyyət maliyyə limitini yenidən qaldırmalı olacaq. Bu edilməsə, yayda dövlətin maliyyə imkanları tükənə bilər. Eyni zamanda, siyasətçi hökumətin əlavə borclanma mexanizmindən istifadə edə bilmədiyinə diqqət çəkib.

Bundan əvvəl ABŞ hökuməti 2021-ci ilin dekabrında dövlət borcunun səviyyəsini qaldırmışdı. Sonra onun tavanı 2,5 trilyon dollar artaraq 31,381 trilyon dollar olaraq təyin olundu.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti