Rusiya səfirindən dəhliz açıqlaması

   Rusiya səfirindən dəhliz açıqlaması
  20 Yanvar 2023    Oxunub:1067
Rusiya tərəfi Laçın dəhlizi ətrafında yaranmış vəziyyətdən narahatdır və münaqişənin həlli üçün ardıcıl addımlar atır.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanla görüşündə deyib.

Ermənistan-Rusiya əlaqələrinə toxunan Andreasyan isə vurğulayıb ki, bu əməkdaşlıqda təhsil ayrıca yer tutur.

Öz növbəsində Rusiya səfiri təhsil sahəsində birgə proqramların həyata keçirilməsinə köməklik göstərməyə hazır olduğunu bildirib. Kopırkin Ermənistan-Rusiya birgə layihələrinə vətəndaş cəmiyyəti və gənclərin cəlb edilməsinin vacibliyini vurğulayıb. Tərəflər 2023-cü il üçün nəzərdə tutulan layihələrin icrasını da müzakirə ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Səfir   Rusiya  





Xəbər lenti