"Minlərlə ölümə səbəb olanlar 15 hərbçiyə təsirlənməz" - Erməni deputat

 "Minlərlə ölümə səbəb olanlar 15 hərbçiyə təsirlənməz" -   Erməni deputat
  20 Yanvar 2023    Oxunub:931
Ermənistanda 15 əsgərin ölümünə səbəb olan kazarma yanğını yerli medianın gündəmindən düşmür.
AzVision.az xəbər verir ki, bu gün jurnalistlər üçün brifinq keçirən “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan faciəyə görə hakimiyyəti sərt şəkildə tənqid edib.

- Bu qədər insan, minlərlə əsgərin həyatı (İkinci Qarabağ müharibəsində öldürülənlər-red.) hökumətə təsir etmədi, 15 uşağın itkisi onlara necə təsir edəcək axı? Dünən səhər saatlarında müdafiə naziri üzünü təraş edib, qalstukunu bağlayıb və kostyumunu geyindikdən sonra bir müddət əvvəl aldığı kifayət qədər bahalı mənzilindən heç nə olmamış kimi çıxdı. O, hadisə yerinə deyil, Nazirlər Kabinetinin iclasına gəldi. Onlar faciənin miqyasını başa düşürlərmi? Mən heç kimi müdafiə etmək istəmirəm, hamı öz işinə cavabdehdir, amma siyasi məsuliyyət məsələsi də var, - Manukyan qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti