Britaniyalı general: "Kiyevə "Abrams" yox, "Leopard" lazımdır"

      Britaniyalı general:    "Kiyevə "Abrams" yox, "Leopard" lazımdır"
  20 Yanvar 2023    Oxunub:915
Ukraynanın ehtiyaclarına alman "Leopard" tankları daha çox uyğundur, nəinki Amerikanın "Abrams"ları ola.
AzVision.az xəbər verir ki, bu fikri NATO baş komandanının keçmiş müavini, britaniyalı general Riçard Şirreff səsləndirib.

Zelenski: "Şoltsun siyasi iradəsi yoxdur"
- Abrams səmərəlidir, lakin logistika baxımından çox çətindir. Onlara böyük miqdarda yanacağ sərf olunur və "Leopard 2" Ukraynanın ehtiyacları üçün daha uyğun tank sayılır. O, həm də bir çox Avropa ölkələrində ordu xidmətinə daxil edilib. Deməli, onu qısa müddətdə əldə etmək daha asandır", - general Sky News-a açıqlamasında qeyd edib.

Keçmiş NATO rəsmisi Almaniya hakimiyyətinin və şəxsən kansler Şoltsun "Leopard"la bağlı tərəddüdünü tənqid edib. Şirreff belə hesab edir ki, Berlin müstəqil təşəbbüs göstərmir.

Xatırladaq ki, bir müddət öncə Almaniya kansleri bəyan etmişdi ki, Ukraynaya “Leopard 2” tankları verməyə razıdır. Lakin bu bir şərtlə baş tutacaq ki, əvvəlcə ABŞ Kiyevi “Abrams” tankları ilə təmin edəcək.

Zelenski isə kansleri siyasi iradəsizlikdə ittiham edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tank   Ukrayna  





Xəbər lenti