Kiyev rəhbəri Şoltsun "Ukraynaya tank göndərməklə bağlı ilk addımı ABŞ atmalıdır" bəyanatına cavab olaraq deyib ki, “belə etmək olmaz!”. Siyasətçinin fikrincə, bu cür şərtlərin yaradılması yolverilməzdir.
![]() |
Berlin Kiyevlə niyə "tank oyun"u oynayır? |
“Konkret "yox" demək lazımdır. Kiminsə hələ hazır olmadığını söyləmək lazım deyil”, - Zelenski qeyd edib.
Amma bütün bunlara baxmayaraq Ukrayna prezidenti göstərilən köməyə görə Almaniyaya minnətdarlığını bildirib.
Xatırladaq ki, bir müddət öncə Almaniya kansleri bəyan etmişdi ki, Ukraynaya “Leopard 2” tankları verməyə razıdır. Lakin bu bir şərtlə baş tutacaq ki, əvvəlcə ABŞ Kiyevi “Abrams” tankları ilə təmin edəcək.
Tural Tağıyev
AzVision.az