![]() |
"Dünya müharibəsi Ukrayna, Tayvan və ya Koreyada başlayacaq" - Puşkov |
Politoloq xatırladıb ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Cənubi Koreyada nüvə başlıqlı raketlərin yerləşdirilməsinin əleyhinə idi. Tramp bunun əvəzinə Şimali Koreya diktatoru ilə dialoqa üstünlük verirdi. Ancaq bu dialoq nəticə vermədi. Şimali Koreya nüvə başlıqlı raketlərin istehsalından imtina etmədi.
![](https://azvision.az/photos/2023/01/hfghfghfg-1659608569-1674209236.jpg)
- Əslində Cənubi Koreyada bir-birini əvəz edən liderlər nüvə silahı məsələsiylə bağlı keçmiş illərdə də açıqlamalar verirdilər. Misal üçün, Çənubi Koreyanın 1970-ci illərdəki lideri Pak Çjon Hi nüvə silahı əldə etmək üçün alimlərə tapşırıq vermişdi, çalışmalar başlamışdı. Ancaq Vaşinqton Seula təzyiq etdi və çalışmalar dayandırıldı. Cənubi Koreya 1975-ci ildə “nüvə silahının yayılmaması barədə müqaviləyə” imza atdı. Ancaq hazırda vəziyyət fərqlidir. Şimali Koreya nüvə başlığı daşıya bilən raket istehsalını artırır və Seul buna seyrçi qalmaq istəmir.
Cənubi Koreya prezidentinin nüvə silahıyla bağlı açıqlaması bir çox ölkənin diqqətini çəkib. ABŞ Cənubi Koreyanın müttəfiqi kimi hazırki şərtlər daxilində Seula nüvə silahı əldə etməyə qadağa qoya bilməyəcək. Cənubi Koreyanın nüvə silahına yiyələnməsi Rusiya və Çinin xoşuna gəlməyəcək. Moskva və Pekin buna etiraz edəcəklər. Ancaq hər iki ölkə Şimali Koreyanın nüvə başlıqlı raketlərdən imtina etməsi üçün heç nə etmədilər. Əksinə, Moskva və Pekin Şimali Koreyanın ABŞ və Yaponiyanı raketlərlə hədələməsindən məmnundur, - Elxan Şahinoğlu vurğulayıb.
O qeyd edib ki, son aylarda Şimali Koreyanın pilotsuz uçuş aparatları tez-tez Cənubi Koreyanın hava məkanına daxil olurlar. Cənubi Koreyanın havadan müdafiə sistemləri həmin dronların heç də hamısını zərərsizləşdirə bilməyib. Bu da Seulda belə bir fikir formalaşdırıb ki, bir gün Şimali Koreya Cənubi Koreya ərazisini raket atəşinə də tuta bilər. Bundan qorunmağın yeganə yolu Cənubi Koreyanın nüvə başlığı daşıya bilən raketlərlə təhciz olunmasıdır.
Tural Tağıyev
AzVision.az