"Die Welt" qeyd edir ki, ukraynalılar Berlinin daimi olaraq "Leopard 2"lərin göndərilməsi üçün yeni şərtlər yaratmasından da narazıdırlar. Belə ki, Almaniya əvvəlcə yalnız Qərb müttəfiqləri də eyni addımı atacağı təqdirdə, tankların tədarükünə razı olmuşdu. Lakin Böyük Britaniya bu addıma hə deyəndə, Berlin indi də əvvəlcə ABŞ-dan Ukraynaya "Abrams" tanklarının tədarük edilməsini tələb etdi.
![]() |
Almaniya 2023-cü ildə Ukraynaya birtərəfli qaydada tanklar ötürməyəcək - Şolts |
"ABŞ ukraynalıları "Abrams"la təchiz etsə belə, yeni bəhanələr ortaya çıxa bilər. Siz oyun oynamadan qərar qəbul etməlisiniz", - mənbə qeyd edib.
Xatırladaq ki, bir müddət öncə Almaniya kansleri bəyan etmişdi ki, Ukraynaya “Leopard 2” tankları verməyə razıdır. Lakin bu bir şərtlə baş tutacaq ki, əvvəlcə ABŞ Kiyevi “Abrams” tankları ilə təmin edəcək.
Tural Tağıyev
AzVision.az