Rusiya ordusu Kleşeyevkanı zəbt edib

   Rusiya ordusu Kleşeyevkanı zəbt edib
  20 Yanvar 2023    Oxunub:846
Rusiya hərbçiləri Ukraynanın Donetsk bölgəsində daha bir ərazini zəbt ediblər.
AzVision.az xəbər verir ki, bu barədə qondarma "DXR"in müdafiə qərargahı məlumat yayıb.

Qeyd edilir ki, Kleşeyevka adlı ərazinin işğal olunmasıyla bağlı uğurlu əməliyyat bu gün sona çatıb.

Xatırladaq ki, bundan ğncə Ukrayna Silahlı Qüvvələrinin bölmələrində döyüşən çexiyalı muzdlu əsgər də sosial şəbəkələrdə Kleşeyevkanın itirildiyini açıqlamışdı. Rusiya MüdafiəNazirliyi isə iki gün öncə Donetskin Sol yaşayış məntəqəsinin Ukrayna hərbçilərindən alındığını bəyan etmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti