Gürcüstanda dəhşət: Keçmiş hərbçi yoldan keçən 5 nəfəri öldürdü
![Gürcüstanda dəhşət: Keçmiş hərbçi yoldan keçən 5 nəfəri öldürdü Gürcüstanda dəhşət: Keçmiş hərbçi yoldan keçən 5 nəfəri öldürdü](https://azvision.az/photos/2023/01/de-1200x675-1674203565.jpg)
Qeyd edilir ki, 48 yaşlı kişi keçmiş hərbçi olub və o, eyvana çıxaraq gözlənilmədən insanları hədəfə almağa başlayıb. O, hətta sonradan hadisə yerinə çağırılan Daxili İşlər Nazirliyinin əməkdaşlarına da atəş açıb.
Jurnalistlərə açıqlama verən daxili işlər naziri Vaxtanq Qomelaurinin sözlərinə görə, ölənlərdən biri nazirliyin əməkdaşıdır. Hadisə yerinə gələn xüsusi təyinatlı dəstə canini təslim olmağa çağırıb və onlar qapını açanda atəş səsləri eşidilib. Otağa daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları artıq çarpayıda intihar etmiş caninin meyitini aşkarlayıblar.
Hadisə zamanı cinayətkarın oğlu da evdə olub. O, atasının insanlara atəş açdığını görən kimi evi tərk edib. Oğlan təhlükəsizlik qüvvələrinə atasının hərəkətinin səbəbini bilmədiyini deyib.
Cinayətkar 2021-ci ilə qədər Gürcüstan Müdafiə Qüvvələrində xidmət edib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Gürcüstan