Bu gün isə Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan İctimai Televiziaya verdiyi açıqlamada onların hansı səbəbdən mülki evə yerləşdirilməsinə aydınlıq gətirib. O, qeyd edib ki, guya əsgərlər üçün müasir kazarma tikilibmiş.
- Azad kəndində baş vermiş yanğın nəticəsində həlak olan mühəndis-istehkam rotasının hərbi qulluqçulara Müdafiə Nazirliyi tərəfindən modul tipli xüsusi kazarmalar alınıb və onlar müvəqqəti olaraq bu evdə yerləşdiriliblər. Sadəcə olaraq müasir standartlara cavab verən yeni daimi dislokasiya yerlərinin tikintisi başa çatana qədər əsgərlər kənd evində yaşayıblar, - Müdafiə Nazirliyinin rəsmisi qeyd edib.
Torosyan iddia edib ki, nazirlik bir neçə ay əvvəl İtaliya istehsalı olan modul kazarmalar alıb. Birinci partiya artıq Ermənistandadır. Hazırda modul tipli evlərin yerləşdirilməli olduğu ərazinin abadlaşdırılması istiqamətində işlər aparılır. Bu işlərdən sonra kazarmalar tam şəkildə yığılacaq.
Xatırladaq ki, hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 8 yüksək rütbəli zabitin də vəzifədən uzaqlaşdırılması barədə məlumat yayılıb.
Tural Tağıyev
AzVision.az