"2 əsgər ölüm ayağındadır" - Ermənistan mediası

   "2 əsgər ölüm ayağındadır" -    Ermənistan mediası
  20 Yanvar 2023    Oxunub:1172
Xəbər verdiyimiz kimi yanvarın 19-da Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın olub. 15 hərbçinin ölümünə səbəb olan yanğının sobada benzindən istifadə edilməsindən sonra başlandığı deyilir.
Bu gün isə məlum olub ki, daha iki əsgər ölüm ayağındadır.

İrəvan Ağsaqqallar Şurasının üzvü Aşot Sarkisyanın yerli mediaya verdiyi məlumata görə onlar ağır dərəcədə yanıq xəsarətləri aldıqları üçün yarımcan haldadırlar.

"Kazarmada benzin olmayıb" - Yanan ermənilərin komandiri
- Mən Milli Yanıq Mərkəzinin direktor müavini Karine Babayanla danışdım. Hazırda 2 hərbçi reanimasiyadadır. Onların vəziyyəti çox ağırdır. Çünki tənəffüs yollarında da dərin yanıq xəsarətləri var. Yanıq şöbəsində 1 nəfər isə orta ağır dərəcəli hərbi qulluqçu yatır. Tibb işçiləri hərbçilərin tezliklə sağalması üçün əllərindən gələni edirlər, - Sarkisyan deyib.

Xatırladaq ki, hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 8 yüksək rütbəli zabitin də vəzifədən uzaqlaşdırılması barədə məlumat yayılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Əsgər   Yanıq  





Xəbər lenti